Accessibility links

Ferquson - İrqlərarası gərginliyin mərkəzi [Video]


Ferquson - İrqlərarası iğtişaşların mərkəzi
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Missuri ştatının Seint-Luis şəhəri yaxınlığında ağdərili polis zabitinin qaradərili gənci öldürməsi ilə bağlı Münsiflər Məhkəməsinin qərarı amerikalılar arasında fikir ayrılığı yaradıb. Bəziləri bunun afrikalı-amerikalılara qarşı ədalətsizlik olduğunu deyir, digərləri isə məhkəmənin qərarına hörmət edilməsinə çağırır. Ferqusonda baş vermiş hadisə ölkə boyu etirazlara səbəb olub.

Ferqusonda bir neçə biznes tamamilə yandırılıldı və çox sayda avtomobilə xəsarət yetirildi. Yeni iğtişaşların qarşısını almaq üçün Missuri ştatının qubernatoru çərşənbə axşamı əsasən qaradərililərin sıx yaşadığı bölgəyə Milli Qvardiya dəstələrinin göndərilməsini istədi.

Afro-amerikalılar ölkə boyu səslərini ucaldaraq, hələ də irqi bərabərsizliyin davam etdiyini deyirlər. Qaradərililərin İnkişafı Assossiasiyanın prezidenti Villiam Barber: “Biz dəfn ardınca dəfnin, qətl atdınca qətlin davam etməsinə imkan verməməliyik.”

Münsiflər Məhkəməsinin qərarına etiraz olaraq bütün ölkə boyu nümayişlər keçirilib. Seint-Luisdən başlayaraq, etirazçılar Nyu-York da daxil edilməklə, Amerikanın böyük şəhərlərində küçələrə çıxıblar. Etirazçıların çoxu yürüşlərlə diqqəti daha böyük problemlərə cəlb etdiklərini deyirlər. Nümayişçilərdən biri, Nyu-York şəhərinin sakini deyir ki, o buraya Maykl Braun üçün gəlib və o, minlərdən biridir.

İndiana Universitetinin tələbələri Maykl Braunu bir dəqiqəlik sükutla andılar. Minneapolis məktəblərinin bəzi tələbələri isə məhkəmənin qərarına etiraz olaraq küçələrə çıxır.

Los-Ancelesdə etirazçılar bu ölkədə polisin ümumiyyətlə afrikalı-amerikalılara qarşı münasibətinin pis olduğunu deyir. Los-Anceles sakini Pit Vayt: “Mən təəccüb etmirəm, çünki Birləşmiş Ştatlarda ağdərili polis və ya təhlükəsizlik işçisi hər 28 saatdan bir qaradərilini öldürür. Ona görə də bu mənim üçün təzə xəbər deyil. Mənim fikirmcə burada əsas məqsəd qaradərililərə. və ya digər irqlərə mənsub insanların qətlinə son qoyulmasına nail olmaqdır.”

Nümayəndələr Palatasının Demokrat lideri Nensi Pilosi Münsiflər Məhkəməsinin qərarından narazı olduğunu bildirib və Amerikadakı qaradərililərin problemlərinin həlli üçün çox işlər görməyin lazım olduğunu deyib. “Bu reaksiya nəzərdən keçirilməlidir. Bizim icmalarımızda narazılıq hissi var.”

Belə görünür ki, qəzəb məhkəməyə seçilmiş 12 nəfər missurilidən daha çox hüquq-mühafizə orqanlarına yönəlib. Amerikalıların çoxu polisin istifadə etdiyi silahlarla bağlı yeni qanun tətbiq edilməsinə çağırır.

BMT-nin insan haqları məsələləri üzrə nümayəndəsinin dediyinə görə, Birləşmiş Ştatlar hökuməti əhalinin müxtəlif seqmentləri arasındakı etimadsızlıq və bunun hüquq-mühafizə orqanlarına təsirinə ciddi fikir verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG