Accessibility links

Fərid Axundov Azərbaycan Beynəlxalq Bankının yeni sədri təyin edilib. O, bu postda ötən həftə “səhhətilə əlaqədar” istefa verən Cahangir Hacıyevi əvəz edib.

F.Axundovun indiyədək rəhbərlik etdiyi PASHA Bank-da onun Azərbaycan Beynəlxalq Banka sədr təyin olunması barədə məlumatı təsdiqləyiblər.

44 yaşlı F.Axundov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) məzunudur. 1995-ci ildə Salford Universitetinin (Mançester, Böyük Britaniya) magistr dərəcəsi alıb.

1996-2003-cü illərdə British Bank of the Middle East Bakı şöbəsində rəhbər vəzifələrdə çalışıb.

2005-ci ilədək “Bank Standard” QSC-nin Direktorlar Şurasının sədri olub.

2005-07-ci illərdə “FTF” MMC-nin baş direktoru olub.

2007-ci ildən hakim ailəyə bağlı PASHA holdinqin idarəçiliyinə daxil olan PASHA bank investisiya bankının İdarə Heyətinin sədri olub.

XS
SM
MD
LG