Accessibility links

Ferqusonda nümayişlər davam edir [Fotoqalereya]


ABŞ Münsiflər Məhkəməsinin qaradərili gənci öldürən polis işçisini cinayət törətməkdə günahkar bilməyəndən sonra Ferquson şəhəri artıq ikinci gündür iğtişaşlara səhnə olur və başqa şəhərlərdə də həmrəylik nümayişləri təşkil edilib.

İrqi zəmində baş verən iğtişaşların qarşısını almaq üçün Milli Qvardiyanın 2 mindən çox əsgəri Ferqusona göndərilib. İğtişaşlar polis zabiti Darren Vilsonun bəraət qazanmasında sonradan dəshal sonra bazar ertəsi axşam saatlarında başlayıb.

Hazırda Ferqusonda olan Amerikanın Səsinin əməkdaşı Ayişə Tanzim bildirib ki, iğtişaşlar ilk başladığı gündə olduğu kimi zorakı deyil. Həmin günlər iğtişaşçılar onlarla binanı yandırmışdı.

XS
SM
MD
LG