Accessibility links

ABŞ-ın Missuri ştatının Ferquson şəhərində etirazçılar nümayişlərini artıq mağazalarda keçiriblər. Bu nümayişlər münsiflər məhkəməsinin silahsız qaradərili yeniyetməni öldürən ağdərili polis zabitinə qarşı ittiham irəli sürməməsinə etiraz olaraq baş verir.

Bir çox insan cümə axşamı Şükran bayramından cümə gününün səhərinə qədər “Walmart” və “Target” mağazalarına yığışaraq polislərin nəzarəti altında “Əllərim yuxarıdır, atəş açma!” şüarını səsləndiriblər.

Şünkran bayramından sonrakı cümə günü Milad bayramının ilk ənənəvi alış-veriş günüdür. Bu gündə mağazalarda böyük endirimlər olduğu üçün çoxsayda insan alış-veriş edir.

İki gün davam edən şiddət və qarətlərdən sonra cümə axşamı günü Ferqusonda gərginlik azalıb.

Ferquson sakinləri və onlara yardım etmək istəyən insanlar Şükran bayramı günü küçələrdən nümayişlərdən qalan töküntüləri yığışdırıb.

XS
SM
MD
LG