Accessibility links

ABŞ-ın Missuri ştatının polisi Ferquson şəhəri yaxınlığında yolu bağlayan nümayişçiləri həbs edib.

150 nəfərdən ibarət qrup Ferquson şəhərinin magistral yolunda toplaşaraq avqustun 9-da polis tərəfindən öldürülən Maykl Braun üçün ədalət tələb ediblər.

Rəsmilər 70-ə yaxın nümayişçini icazəsiz toplaşma maddəsinə müvafiq olaraq, dördünü isə polisə hücum etdiyinə görə həbs edib.

Braunun ölümü insanların Ferquson şəhərinin küçələrinə axışmasına səbəb olmuşdu. Dinc şəkildə başlayan nümayişlər daha sonra polislə qarşıdurmalar və şiddətlə nəticələnmişdi. Nümayişçilər hüquq-mühafizə qüvvələrini ayrıseçkilikdə və irqçilikdə ittiham edir.

Hazırda istintaq polis zabiti Darren Vilsonu Maykl Braunun ölümündə günahkar olub-olmadığını araşdırır.

ABŞ Ədliyyə Departamenti hadisə ilə bağlı vətəndaş hüquqları istintaq qrupu və Ferquson polis departamentinin fəaliyyəti ilə bağlı araşdırmaya start verib.

XS
SM
MD
LG