Accessibility links

Missuri ştatının Ferquson şəhərində polis zabirləri tərəfindən cavab atəşi nəticəsində yaralanan şəxsin vəziyyəti ağırdır.

Şəhər sakinləri qaradərili gəncin polis tərəfindən öldürülməsinin ildönümü dinc nümayiş təşkil edib.

St.Luis polis idarəsinin rəisi Con Belmar deyib ki, bazar günü silahlı olduğundan şübhələnilən şəxs polisin axtarışında idi. O, iki qrup arasında atışmada iştirak edib. Atışma zamanı gizli polis maşınına ziyan dəyib.

Belmar maşında olan polis işçilərinin silahlı şəxsi əvvəlcə ayağından vurduğunu bildirib. Həmin qrupda olan şəxslər nümayiş iştirakçısı olmayıb.

Atəş açan şəxsin 18 yaşlı Tayron Harris oğul olduğunu atası polisə bildirib. Tayron keçən il öldürülən Maykl Braunun yaxın dostu olub.

Atışmadan sonra polis nümayişçilərə dağılmaq göstərişi verib və tüstü qumbaralarından istifadə edib. Nümayişçilərdən bəzisi sosial şəbəkələrdə polisin nümayişçilərin göstərişə əməl etməsinə baxmayaraq tüstü qurmbaralarından istifadə etməsini tənqid edib.

XS
SM
MD
LG