Accessibility links

Ferquson - Şəhər polisində islahatlar [Video]


Ferquson - Polis sistemində islahatlar
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Ferquson - Polis sistemində islahatlar

Polisin 18 yaşlı silahsız qaradərili gənci öldürməsi Missuri ştatının Ferquson şəhərində etirazlara və iğtişaşlara səbəb olmuşdu

İki il əvvəl ağdərili polisin 18 yaşlı silahsız qaradərili gənci öldürməsi Missuri ştatının Ferquson şəhərində etirazlara və iğtişaşlara səbəb olmuşdu. Ferquson polisi və ədliyyə sisteminin araşdırılması nəticəsində bu orqanlar tərəfindən afro-amerikalılara qarşı ayrı-seçkiliyə yol verildiyi ortaya çıxmışdı. Bu ilin əvvəlində şəhər ABŞ Ədliyyə Nazirliyi ilə polis sistemində islahatların aparılması barədə razılıq əldə edib.

Qadınlar və uşaqlar kənara çəkildi və ortada gənc və yeniyetmələr qaldı. Onlar fikirlərindən dönmədilər.

İki il əvvəl Missuri ştatının Ferquson şəhərində polis əleyhinə zorakı etirazlar baş vermişdi.

Tiffani Relifordun sözlərinə görə 18 il boyunca yaşadığı məhəllə və icma İraqdan bir səhnəni xatırladırdı.

Françeska Griffin iğtişaş zamanı polis qüvvələrinin bir xətt boyunca dayanıb silahlarını sakinlərə yönəltdiyini deyir. "Qadınlar və uşaqlar kənara çəkildi və ortada gənc və yeniyetmələr qaldı. Onlar fikirlərindən dönmədilər," deyə o xatirələrini bölüşür.

Ferquson polisi Darren Vilsonun küçə mübahisəsində silahsız Maykl Braunu öldürməsi zorakılığın başlamasında qığılcım olmuşdu.

Məhkəmənin polis zabitini məsuliyyətdən azad etməsindən sonra Ferqusonda etirazçılar polis maşınını yandırır.
Məhkəmənin polis zabitini məsuliyyətdən azad etməsindən sonra Ferqusonda etirazçılar polis maşınını yandırır.

Polis zabitinin məsuliyyətə cəlb edilməməsi narazılıqların daha da artmasına səbəb olmuşdu. Maykl Braunun anası olanları hələ də qəbul edə bilmir.

"Onun etdiyi həmin formanı və nişanı daşıyan şərəfli insanlara qarşı hörmətsizlikdir. Onun əməli təkcə şəhəri təhlükədə qoymadı. O, polisləri də təhlükədə qoydu," deyə Lizli Makspadden hadisənin nəticələri haqda danışıb.

Bu hadisə ölkə boyu “Qaradərili İnsan Həyatı Dəyərlidir” hərəkatının başlamasına və ölkədə polis zorakılığını və ədalət mühakiməsi sahəsində islahatların aparılmasıdan dair debatlara təkan verdi və eyni zamanda polis sistemində illərdir vəzifədən sui istifadə hallarını gündəmə gətirdi.

Federal araşdırma əksəriyyəti ağdərililərdən ibarət olan Ferquson Polis Departamentinin sistematik olaraq irqi yarıseçkilik və insanlara qarşı zor tətbiq etdiyini üzə çıxardı.

İllərdir davam edən problemləri bir güllə həll etmək mümkün deyil. Bu, uzun bir prosesdir. O, böyük səy tələb edir və eyni zamanda, proseslər və prosedurlara əsaslanır.

İctimai fəal Reveren Uillisin sözlərinə görə hələ də qəddar, qeyri-qənaətbəxş və federal hökumət mandatı altında olan sistem qalmaqdadır.

Şəhər meri De Karlon Sivud isə Ferquson polisinin fəaliyyəti ilə bağlı qavrayışı dəyişmək üçün həqiqətən çox çalışdıqlarını söyləyir.

"İllərdir davam edən problemləri bir güllə həll etmək mümkün deyil. Bu, uzun bir prosesdir. O, böyük səy tələb edir və eyni zamanda, proseslər və prosedurlara əsaslanır," deyə o bildirib.

Polis Departamentinin yeni qaradərili polis rəisi və yeni zabitlərə bütün standartlara cavab verən təlim sistemi var. Lakin buna baxmayaraq, bəzi yerli sakinlər isə bədbin olaraq qalırlar.

Etirazçılar polislərin qaradərililərə qarşı qərəzli münasibətindən gileylənir.
Etirazçılar polislərin qaradərililərə qarşı qərəzli münasibətindən gileylənir.

"Eyni polis zabitləridir. Onlar yeni təlim keçməyiblər. Onların icmada polisin işi haqda anlayışı yoxdur, çünki onlar lazımi təlimi keçmirlər," deyə şəhər sakini Emili Deyvis öz narazılığını bildirir.

Emili Deyvis və “Ferquson Əməkdaşlıq” təşkilatının digər üzvləri problemin həllinə nail olmaq və Ədliyyə Nazirliyinin polis departamentinə verdiyi tapşırıqların həyata keçirilməsi üçün şəhər rəsmilərinə təzyiq göstərirlər.

Hamı bir şeylə razıdır ki, Ferquson polis şöbəsində tam islahatların aparılması uzun müddət alacaq. Burada olan afro-amerikalılar deyir ki, islahatlar icmaya hörmət və ədalətlə xidmət etməklə başlamalıdır.

XS
SM
MD
LG