Accessibility links

Məhkəmə Fərxundəni öldürən dörd kişinin ölüm hökmünü ləğv edib


Hökmün detalları hələ ki, rəsmi şəkildə açıqlanmayıb

Əfqanıstan appelyasiya məhkəməsi bu ilin əvvəli vəhşicəsinə bir qadını öldürən dörd kişinin ölüm hökmünü səssiz şəkildə ləğv edib.

Təqsirləndirilən şəxslərdən Əbdül Bəşirin vəkili Fəzal Manan Nuri Amerikanın Səsinə bildirib ki, mart ayında baş verən qətldə məhkum olunmuş üç nəfərə 20 il, dördüncüsünə isə yaşına görə 10 il müddətinə həbs cəzası verilib, çünki cinayət zamanı onun 17 yaşı olub. Nuri qərarın çərşənbə axşamı açıqlandığını deyir.

Qərar bağlı qapılar arxasında oxunub. Nə jurnalistlər, nə də Fərxundənin ailəsi məhkəmə zalında olmayıb. Çərşənbə günü yerli televiziya kanalı Tolo News anonim mənbələrə istinadən hökmü açıqladığına qədər qərar gizli sxlanılırdı.

Hökmün detalları hələ ki, rəsmi şəkildə açıqlanmayıb.

Fərxundənin ailəsi qəzəbini ifadə edib və onun atası Məhəmməd Nadar qərarı “qəbuledilməz” adlandırıb.

İlkin məhkəmə prossesi zamanı jurnalistlər və kameraların məhkəmə zalına daxil olmasına baxmayaraq, appelyasiya prosesi böyük gizlilik çərçivəsində başa çatıb.

27 yaşlı Fərxundə martın 19-u vəhşicəsinə qətlə yetirilib. O, yalandan müsəlmanların müqəddəs kitabı, Quranı, yandırmaql günahladırılmışdı.

Mobil telefona çəkilən videoda insanların onu çubuqlarla döydüyü, damdan aşağı atdığı, üzrəindən maşın ilə keçdikləri, Kabulun küçələrində sürüyəndən sonra yandırıb, çaya atdıqları göstərilir.

Məhkəmə zalı

Məhkəmə zalı

Bu hadisə Əfqanıstanda və digər yerlərdə böyük etirazlara səbəb olmuşdu. Prezident Əşrəf Ğəni və Birləşmiş Millətlər Təşkilatı bu qətli qınamışdı. Əfqanıstan rəsmiləri isə ədaləti bərpa edəcəklərini vəd etmişdilər.

Hücumda iştirak edən və ya qarşısını almayan 30 mülki şəxs və 19 polis zabiti həbs olunub. Digər 8 nəfər isə sübutların çatışmazlığı səbəbi ilə sərbəst buraxılıb.

Məhkəmə, Fərxundəni Quranı yandırmaqda ittiham edən Molla Zainul Abidin də daxil olmaqla, dörd mülki şəxsə ölüm hökmü oxuyub. Digər 8 nəfər isə 16 il müddətində azadlıqdan məhrum olublar.

On bir polis zabiti bir il müddətinə azadlıqdan məhrub olunub, digər səkkizi isə sərbəst buraxılıb. Fərxundənin ailəsi və insan haqları müdafiəçiləri bu qərarla bağlı narazılığını bildirblər. Polis Fərxundənin döyüldüyü zaman kənardan izləyərək onu qorumaq üçün heç bir tədbir görməməkdə günahlandırılıb.

Əfqanıstanda qadın haqları fəalları qadınlara qarşı zorakılıqdan şikayət edirlər. Onlar deyir ki, ölkənin qanun sistemi qadınlara qarşı şiddətə əhməiyyət vermir.

Anisa Rəsuli

Anisa Rəsuli

Prezident Əşrəf Ğəni məhkəmə sistemində islahat aparacağını vəd edib. Qadın haqlarını müdafiə etmək və qadınların hökümətdə iştirakını artırmaq səylərinin bir hissəsi olaraq, o, ötən ay tanınmış vəkil Anisa Rəsulini Əfqanıstanda ilk qadın olaraq Ali Məhkəmə hakimliyinə namizədliyini irəli sürüb. Bu qərar kişilərin dominantlıq etdiyi mühafizəkar Əfqanıstanda bəzi müsəlman din xadimlərinin narazılığına səbəb olub.

Anisa Rəsuli doqquz nəfərlik ali məhkəmə hakim heyətinin yeganə qadın üzvüdür. Namizədlik parlametnin təsdiqini tələb edir.

Bundan əlavə cənab Ğəni Qor və Daikundi vilayətlərinə iki qadın qubernator təyin edib. Prezidentin administrasiyasının da dörd qadın üzvü var və o bütün nazirklərin qadın müavin təyin etmələrini istəyir.

XS
SM
MD
LG