Accessibility links

Human Rights Watch: Film Festivalı


Human Rights Watch beynəlxalq insan haqları müdafiə təşkilatı Londonda, Torontoda və Amerikanın bir neçə şəhərində hər il keçirilən film festivalına sponsorluq edir. Təşkilatın məqsədi ictimayyətin diqqətini dünyada baş verən təqib və haqsızlıq hallarına yönəltməkdir.

Film Festivalı
please wait
Embed

No media source currently available

0:00 0:03:29 0:00


Human Rights Watch təşkilatının sponsorluq etdiyi 23 film festivalının 20-si Nyu York şəhərində nüfuzlu Linkoln mərkəzinin Uolter Rid teatrında keçirilib.

“Qardaş Nömrə Bir”adlı kino-film bu il 12 ölkədə çəkilmiş 16 filmldən biri olmuşdur. Film 1978-ci ildə təsadüf nəticəsində qayıqla Kambocaya üzən yeni zelandiyalı Keri Hamil və onun iki dostunun qətlə yetirilməsindən bəhs edir.

Film ictimayyəti qəddar Qırmızı Xmer rejimi və onun lideri Pol Pot haqda məlumatlandırır. Hamilin qardaşı Rob bu yaxınlaradək çox az sayda həmvətəninin 1970-ci ilin sonlarında Kambocada baş vermiş vəhşiliklər barədə məlumatı olduğunu deyir.

Rob Hamil: “Həmvətənlərimə Pol Pot və Qırmızı Xmer haqda sual versək görərik ki, onların əksəriyyəti üçün bu adlar artıq tanışdır.”

Festivalda filmlər nümayiş etdirildikdən sonra bir qayda olaraq mövzu ilə əlaqədar tamaşaçı, fəal və flimin rejissorunun iştirakı ilə müzakirələr gedir.

Uqandadan sabiq anqlikan kilsəsinin yepiskopu Kristofer Senyonci ölkəsində homoseksuallara qarşı repressiyaya həsr olunmuş “Məni Kuçu Çağırın” adlı filmdə iştirak edir.
O, Amerikanın Səsinə insan haqlarının pozulmasının əsasında rəhimsizliyin dayandığını deyir.

Kristofer Senyoci: “İnsanlar başqalarına insan kimi baxmadıqdan onlarda mərhəmət hissi olmur. Onlara qarşı istədiklərini edirlər. Çinki onları insan hesab etmirlər.”

Kino-festival qeyri-insani rəftara bir sübut kimi çıxış edir.

“Reportyor” sənədli filmi Meksikada narko biznesə qarşı müharibəni işıqlandırarkən müxbirlərin qarşılaşdığı təhlükələr haqdadır.

“Gözəgörünməz Müharibə” filmi isə ABŞ silahlı qüvvələrində zorlama hallarına həsr edilib.

“Kiçik Cənnət” adlı daha bir filmdə isə valideyinləri QİÇS xəstəliyinin qurbanı olmuş efiopiyalı kimsəsiz uşağın acınacaqlı həyatı işıqlandırılır.

Festivalda qadın hüquqları mövzusu basketbol oynayan iraqlı qadınlar haqda filmin nümayişi ilə fərqli bir bucaqdan göstərilir.

O, deyir ki, dini baxımdan idman qadınlara deyil, kişilərə aid fəaliiyətdir. Ona görə ki, qadınların yeri evdədir.

Bu həqiqətən də belədirmi? Bu suala cavabı “Salaam Dunk” filminin yaradıcıları axtarır.

İraqlı qadın deyir ki, o, basketbol oynayanda bütün problemlərini və həyatda qarşılaşdığı çətinlikləri unudur.

Festival tamaşaçıları ekranda göstərilən hallara kömək etməyə səsləyir. Tamaşaçılar Human Rights Watch tərəfindən keçirilən film festivalında mətbuatın çox vaxt işıqlandırmadığı mövzuların təqdim edildiyini deyir.
XS
SM
MD
LG