Accessibility links

Muzeydə “Ailə festivalı” təşkil edilir


Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) martın 10-dan 12-dək muzeyin və "Milli İrsimiz" müəllif layihəsinin birgə təşəbbüsü ilə "Ailə festivalı” tədbirinin ikinci buraxılışı keçiriləcək. Bu, muzeyin və “Milli İrsimiz” lahiyəsinin müəllifi Əsli Səmədovanın birgə lahiyəsidir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, bu yeni təşəbbüs muzey məfhumunun sərhədlərini genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı məkana çevirmək məqsədi daşıyır.

“Ailə festivalı”nın keçirilmə ideyası mədəni vakuumun doldurulmasında və ölkədə ailəvi asudə vaxtın mədəni və əyləncəli keçirilmə məkanı kimi muzeylərin məşhurlaşmasında ilk addım olacaq.

Ailə festivalı
Ailə festivalı

Muzeydə ilk “Ailə festivalı” Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2016-ci ilin yayında Azərbaycan Xalça Muzeyində keçirilib və gün ərzində 2 aylıq körpədən 80 yaşlı insana qədər bir neçə yüz tamaşaçı cəlb edib.

Festivalın ikinci buraxılışı üçün xüsusi olaraq AMİM-in əməkdaşları və dəvət olunmuş qonaqlar uşaq və valideyn cütlüyünün birgə fəaliyyəti üçün maraqlı fəallıqlar və ustad dərsləri hazırlayıb. Muzeyin Elmi-kütləvi işlər şöbəsinin bələdçiləri muzey kolleksiyası barədə 20 dəqiqəlik mini interaktiv ekskursiyalar təqdim edəcəklər.

Muzey proqramında xüsusi dəvət olunmuş qonaqların iştirakı da nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bütün dəvət olunmuş qonaqlar festivalda könüllülər və layihənin partnyorları kimi iştirak edirlər.

XS
SM
MD
LG