Accessibility links

ABŞ-da yaşayan müsəlman din xadim Fətullah Gülən ötən ay Türkiyədə baş tutmayan hökumət çevrilişi cəhdini hazırlamaqda ittiham edilərək, Türkiyə hökumətinin onun həbsinə dair qərar çıxarmasını rədd edib.

Gülən deyib ki, həbs qərarı nə onun statusu, nə də baxışlarına təsir etməyib. O açqladığı bəyanatında dəfələrlə Türkiyədə çevriliş cəhdlərini pislədiyini bildirib.

Türkiyə hökuməti Fətullah Gülənin çevrilişə cəhdə rəhbərlik etmək və hərbçi zabitləri qiyama təhrik etməkdə ittiham edərək, ABŞ hökumətini onu Türkiyəyə ekstradisiya etməyə çağırıb.

Lakin Türkiyə hökuməti ekstradisiya haqda hələ rəsmi müraciət təqdim etməyib.

Gülən iyulun 15-i hərbi çevriliş cəhdində əli olduğu və ya bu haqda əvvəlcədən xəbərdar olduğu barədə iddiaları rədd edib və çevriliş cəhdini pisləyir.

Qiyama cəhdin ardınca hərbçi, hakim, dövlət qulluqçuları və təhsil işçiləri daxil olmaqla 60 mindən çox insan həbs edilib, vəzifəsindən azad edilib və ya təhqiqata cəlb edilib. Bu isə prezident Rəcəb Tayyib Ərdoğanın çevriliş cəhdindən istifadə edərək müxalif fikrə qarşı təqibləri gücləndiricəyi ilə bağlı narahatlıqlara yol açıb.

XS
SM
MD
LG