Accessibility links

Türkiyənin İzmir vilayətində Fəthullah Gülənin qardaşı Kutbettin Gülən saxlanılıb.

O, Fəthullah Gülən hərəkatının fəaliyyətində iştirakda təqsirləndirilir.

Əməliyyat İzmir polisi tərəfindən aparılıb. Hazırda o, Polis İdarəsinin Terrorizmlə mübarizə bölməsində saxlanılır.

Anadolu xəbər agentliyinin məlumatına görə, Kutbettin Gülən "silahlı terror təşkilatının üzvü olmaq"da ittiham olunur.

Kutbettin Türkiyədə hərbi çevriliş cəhdindən sonra Fətullh Gülənin saxlanılan ilk qardaşıdır.

İyul ayında Türkiyə rəsmiləri Ərzurum şəhərində Gülənin qardaşı oğlu Məhəmməd Sait Güləni saxlamışdı. Digər qardaşı oğlu Əhməd Ramiz Gülən isə avqust ayında Qaziantep şəhərində nəzarət altına alınmışdı.

Anadolu agentliyinin bildirdiyinə görə, polis qohumlarının evində qalan Kutbettinin harada olmasına dair axtarış tədbirləri başlatmışdı. Reyd zamanı Fətullah Gülənə məxsus kitablar müsadirə edilib.

Bir zamanlar Ərdoğanın müttəfiqi olan dili lider 1999-cu ildən bəri ABŞ-da yaşayır və o, iyul ayının 15-də hərbi çevriliş cəhdinin təşkilində ittiham olunur.

XS
SM
MD
LG