Accessibility links

Qaradərilirən səsvermə hüququ uğrunda mübarizə [Video]


Qaradərilirən səsvermə hüququ uğrunda mübarizə
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Qaradərilirən səsvermə hüququ uğrunda mübarizə

Fevral ayı ABŞ-da Qaradərililərin Tarixi ayı kimi qeyd olunur. Hər il bu ayda afro-amerikalıların tarixini müəyyən edən mühüm insan və hadisələr yad edilir.

Martin Luten Kinq
Martin Luten Kinq

C.T. Vivian Martin Luter Kinq ilə birgə qaradərililərin hüququnun təmin edilməsi kampaniyası üzərində işlədiyini deyir.

“Biz demokratiyayıq və hər il azı 10-20 milyon insanın səs verməsininin qarşsını alırıq. Biz bu ölkənin iştirak etdiyi hər bir mühabirədə döyüşmüşük və qurbanlar vermişik. Lakin buna baxmayarq biz səs vermək hüququnu 1965-ci ildə almışıq.”

Vətəndaş haqları lideri Vivian və digərləri qara dərililərin seçici kimi qeydiyyata alınmaları üçün Alabama ştatının Selma şəhərində mübarizəyə başlamışdılar. Cənubdakı bir çox şəhərlər kimi Selmada da 51 il öncə irqi baxımdan seqreqasiya olunmuşdu. Şəhərin ağ liderləri diskriminasiyaya əsaslanan qanunlar tətbiq edərək afro-amerikalıların səs vermələrinin qarşısını almağa çalışırdı.

“Səsvermə hüququ bəşəriyyətin ədalətsizliyin qarşısını almaq üçün yaratdığı ən yaxşı vasitədir.
Lindon B. Conson

“Biz səs vermə hüququna görə qətlə yetirilirdik. Biz gecələr polis tərəfindən döyülürdük. Onlar bizim qarşımızı almaq üçün gündüz vaxtı da bizə atəş açırdılar.”

Vivian şerif Cim Klarka üz tutdu. Klark, irqçi idi və qara dərililərə səs vermə hüququnu inkar edən qanunlar tətbiq edirdi.

“Mən ona dedim ki, sən məni inkar edə bilərsən, amma ədaləti yox. Buna görə o yenə hər zaman etdiyi kimi bizi döydü”.

Təhlükələrə baxmayaraq, Vivian onlarla qara dərilini Selmada yerləşən məhkəmənin önünə apardı. Onun bu kampaniyası irqçiliyi ifşa etməyə yönəlmiş qeyri-zorakı hərəkət idi.

Rosa Parks
Rosa Parks

“Biz bilirdik ki, səsvermə hüququmuz olmadan biz bu ölkənin vətəndaşı ola bilmərik. Biz axır-əvvəl bu hüququ əldə edəcəyimizi də bilirdik.”

Lindon Conson: “Səsvermə hüququ bəşəriyyətin ədalətsizliyin qarşısını almaq üçün yaratdığı ən yaxşı vasitədir.”

Prezident Lindon Conson 1965-ci ildə Səs Vermə Hüququ Aktını imzalayanda, Vivian bu mübarizədə qalib gəldiyini anlamışdı.

“O zamandan bəri biz səs verməyə hüququnu əldə etdiyimə şübhə etmədik".

“Çox az ağ dərilinin, bir o qədər də qara dərilinin bu tarixdən xəbəri var. Əgər azadlığın uğrunda kimisə tanıyırsansa, onlar haqqında daha çox düşünməlisən, çünki bu sənə onların apardıqları mübarizəni daha yaxşı anlamağa yardım edəcək.”

C.T. Vivian isə bütün afro-amerikalılar üçün bərabərlik və azadlığın əldə olunması uğrunda apardığı mübarizəyə görə yadda qalmaq istədiyini deyir.

XS
SM
MD
LG