Accessibility links

Fevral soyuq olacaq


Azərbaycanda qar
Azərbaycanda qar

Fevralın əvvəlində 8 dərəcəyədək şaxta, sonunda 14 dərəcəyədək isti gözlənilir

Fevral ayının əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir. Ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacaq. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə fevralda Bakıda və Abşeron yarımadasındaorta aylıq temperaturun 1-4 dərəcə isti, birinci ongünlüyün ortalarında 1-3 dərəcə isti (gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüzlər isə ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti, ayın sonunda 14 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
XS
SM
MD
LG