Accessibility links

Fevralın 28-dən "Eurovision 2012"-nin biletləri satılacaq


Fevralın 28-dən "Eurovision 2012"-nin biletləri satılacaq
Fevralın 28-dən "Eurovision 2012"-nin biletləri satılacaq

Bakıda keçiriləcək “Eurovision 2012”-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı mayın 26-da olacaq.

Fevralın 28-dən başlayaraq "Eurovision 2012" mahnı müsabiqəsinin biletlərinin satışı başlayacaq. Bu barədə mahnı müsabiqəsinin rəsmi saytı məlumat yayıb.

Bakıda keçiriləcək “Eurovision 2012”-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı mayın 26-da olacaq.
”Eurovision-2012”-nin rəsmi saytı həmçinin bildirir ki, fevralın 15-dən mahnı müsabiqəsində nümayəndə heyətlərinin, jurnalistlərin və fanklub üzvlərinin akkreditasiyasına başlanıb.
Akkreditasiya aprelin 20-dək davam edəcək.

XS
SM
MD
LG