Accessibility links

Elm

Fəzada su birələri [Video]


Geridə buraxdığımız illər ərzində fəzaya meymun, it və hətta balıq kimi fərqli heyvanlar göndərilib. İndi isə doktor Key Van Dam və onun həmkarları Dafnia kimi tanınan su birəsini Beynəlxalq Fəza Stansiyasına göndərməyə hazırlaşırlar.

Bu, birələr üçün bir yolluq səyahət olacaq. Kiçik heyvanlar bir aylıq missiya üçün Floridada yerləşən Kennedi Fəza Mərkəzindən stansiyaya göndəriləcək.

Alimlər onların fəzadakı mühitə neçə uyğunlaşacağını öyrənmək istəyirlər. Astronavtlar onların üzmə qabiliyyətlərini, stress səviyyəsini və davranışlarını müşahidə edəcək və xüsusi kamera vasitəsi ilə şəkillərini çəkəcək.

Van Dam deyir ki, onu əsasən onların törəmə davranışları maraqlandırır.

Van Dam: "Biz düşünürük ki, cazibə qüvvəsinin sıfır olduğu yerdə və fəza da ətraf-mühit stresslidir və onlar bu mühitdə törəmə strategiyalarını dəyişə bilərlər. bu bariz nümunəni dəyişiklik kimi görmək olar."

Təcrübənin ideyası Valsda şəhərindən olan tələbələrin Britaniya elmi təhsil lahiyəsinin qalibinə məxsusdur.

Kinq Kollecinin alimi Culi Kibl deyir ki, məktəb şagirdləri araşdlrmalara yeni perspektiv gətirə bilər.

Culi Kibl: "Məktəb şagirdləri gəlib bizim nə etdiyimizi öyrənə bilərlər. Onlar yeni fikirlərlə gələ bilərlər. Bu, bizim əvvəl əhəmiyyət vermədiyimiz şey də ola bilər."

Van Dam deyir ki, su birələri biotibbi araşdırmalar üçün ən yaxşı modeldir. Belə ki, onlar ardıcıl genomlara sahibdir. Bu təcrübənin nəticəsi insanların fəza səyahətinə kömək edəcək.

Van Dam: "Onların fəzada həyatlarına nəzər salınması bizə gələcəkdə bəzi kəşflərə və daha doğrusu Dafnianın insan sağlamlığında və ya fəzada özünü təmin edən kiçik təmiz su ekosistemlərinin qurulmasında rol oynayacaq."

Dafniaların Beynəlxalq Fəza Stansiyasina missiyasi iyun ayında başlayacaq.

XS
SM
MD
LG