Accessibility links

Beynəlxalq Fəza Stansiyasına yeni komanda göndərilib


ABŞ, Avropa və Rusiya kosmonavtlarından ibarət komanda Qazaxıstanın Baykonur kosmodromundan müvəffəqiyyətlə Beynəlxalq Fəza Stansiyasına göndərilib.

NASA astronavtı Tim Kopra və Avropa Fəza Agentliyindən Tim Peake və rusiya kosmonavtı Yuri Malençenko Beynəlxalq Fəza stansiyasına çərşənbə axşamı günü göndəriliblər.

Kosmonavtlar Ekspedisiya 46-nın komandiri NASA astronavtı Skot Kelli və Rusiyanın uçuş mühəndisləri Mixail Korniyenko və Sergey Volkova qoşularaq, fəza stansiyasında fəaliyyət göstərən kosmonavtların sayını altıya çatdıracaq.

Kopra və Malençenko daha əvvəl fəza misiyalarında olub. Peake üçün isə bu, fəzada ilk missiyadır.

Kosmonavtlar dörd gün əvvəl geri dönən Ekspedisiya 45 uçuşunun NASA-dan Kjell Lindqren, Roskosmosdan Oleq Kononenko və Yaponya Fəza Kəşfləri Agentliyindən Kimiya Yuinidən ibarət heyətini əvəzləyəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG