Accessibility links

Elm

İlin yekunları: Fəza texnologiyası [Video]


2014-cü ildə ən böyük nailiyyətlərdən biri ilin ortalarında baş Verdi.

Avqust ayında on il uçuşdan sonra Avropa Fəza Agentliyinin Rosetta fəza gəmisi 400 milyon kilometr uzaqlıqdakı kometin orbitinə daxil olub.

Noyabr ayında, ilk dəfə olaraq Rosetta Filae adlanan cihazı kometə endirib.

Kometin səthi kələ-kötür olduğu üçün cihazınbir hissəsi kölgyə düşüb. Eniş üzrə menecer Stefan Yulamek səbr etməyi tövsiyə edib.

Stefan Yulamek: "Cihazın həddən artıq qızması artıq bizi qorxutmur. Biz gölgədəyik. Beləliklə daha çox işləmək olar ancaq səbr etməliyik və bir az zamana və cihazın yenidən fəaliyyətə keçməsi üçün günəş enerjisinə ehtiyac var."

Sentyabr ayında ABŞ-ın elmi araşdırma peyki MAVEN Marsın orbitinə daxil olaraq Qırmızı Planetin atmosferinə və suyuna nə olduğunu araşdıracaq.

MAVEN-in baş araşdırmaçısı Brus Yakoski deyir ki, alimlər indi Marsın bir vaxtlar sıx atmosferə sahib olduğunu bilirlər. Ancaq bunun son bir neçə milyard ildə əhəmiyyətli dərəcədə dəyişdiyini, planetdəki qazların fəzaya yayıldığını aşkar ediblər. Onlar hələ də bunun necə və niyə baş verdiyini bilmirlər.

Brus Yakoski: "Biz iqlimin dəyişməsinə nəyin səbəb olduğunu başa düşməyə çalışırıq. Qazların fəzaya yayılmasının atmosferdəki dəyişmələrdə rol oynadığını müəyyən etməyə çalışırıq."

Bir neçə gün sonra Hindistanın fəza gəmisi Manqalyan MAVEN-ə qoşularaq Marsın orbitinə ilk cəhddə müvəffəqiyyətlə çatan ölkələr sırasına daxil olub. Onun hədəfi gələcək tədqiqatlar üçün texnologiyalar və təcrübələr həyata keçirməkdir.

Dekabr ayında NASA en böyük raket Delta İV Heavy-dən istifadə edərək dərin fəza araşdırmaları üçün nəzərdə tutulan yeni Orion fəza kapsulunu sınaqdan keçirdi.

NASA-nın Orion proqram meneceri Mark Qeyer deyir ki, ogünkü kimi çətin günü olmayıb.

Mark Qeyer: "Çox çətin missiya idi. Uçuş üçün mühit sərt idi. Bu uçuşda biz çətin həfələrə nail olduq. Ancaq görünür ki, Orion və Delta IV Heavy qüsursuz missiyanı tamamladı. Komanda işini əla bacardı."

NASA rəsmiləri bildirir ki, gələcəkdə Orion kapsulu daha güclü raket olan Space Launch System üzərində uçacaq. 2018-ci ildə, NASA Orion fəza gəmisini ayın ətrafını müşahidə etmək üçün göndərməyi planlaşdırır. 2021-ci ildə isə Orion astronovtlarla ilk uçuşunu həyata keçirəcək.

ABŞ-ın çiçəklənən özəl fəza şirkətləri bu il ilk uğursuzluqla üzləşdilər. Oktyabr ayında Orbital Elmlər Korporasiyasının Beynəlxalq Fəza Stansiyasına yük daşıyan raketi Antares havaya qalxdıqdan sonra partladı. Elə həmin ayın sonlarında təcrübə üçün nəzərdə tutulan Vircin Qalaktika şirkətinin fəza avtomobili sınaq uçuşu zamanı sıradan çıxması iki pilotdan birinin ölümünə səbəb oldu.

Hər iki şirkət bildirib ki, uğursuzluqlar onları orbitə uçacaq daha etibarlı fəza gəmiləri düzəltməkdən çəkindirməyəcək.

XS
SM
MD
LG