Accessibility links

Fəzail Ağamalı: Azərbaycanda Facebook məhdudlaşdırılmalıdır [Audio-Müsahibə]


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədrinin Amerikanın Səsinə müsahibəsi: “Sosial şəbəkələrdən Azərbaycan dövlətçiliyi əleyhinə yönəlmiş çağırışlar çıxarılmalıdır”

İqtidaryönümlü Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Amerikanın Səsinə müsahibəsində Facebook və digər sosial şəbəkələri Azərbaycan dövlətçiliyi üçün təhlükə hesab edir. O Azərbaycanda sosial şəbəkələrin məhdudlaşdırılmasını istəyir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:53 0:00


Sual: Yerli mediada sizin “prezident seçkiləri qabağı Facebook Azərbaycanda bağlanmalıdır” kimi bəyanatınız dərc edilib. Bu doğrudur?

Ölkədə qarşıdurma çağırışları olan məqamlara məhdudiyyətlər qoyulmalıdır. Bu cür çağırışlara son qoyulmalıdır.

Cavab: Facebook-u bağlamaq yox, demişəm məhdudlaşdırmaq lazımdır. Nəinki prezident seçkiləri, ümumiyyətlə Facebook-a, sosial şəbəkələrə müəyyən məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan konstitusiyasının prinsipinə, mahiyyətinə zidd olan, konstitusiyanın maddələrini pozan və ölkədə qarşıdurma çağırışları olan məqamlara məhdudiyyətlər qoyulmalıdır. Bu cür çağırışlara son qoyulmalıdır.

Çünki Azərbaycan bu gün dünyanın çox ciddi rəqabət meydanına çevrilib. Təkcə qonşu dövlətlər deyil, o cümlədən İran, Azərbaycanın torpaqlarını işğal edən Ermənistan kimi ölkələrin Azərbaycanda öz maraqlarını təmin etmək, Azərbaycanın müstəqil xarici siyasətinə, dövlət siyasətinə qarşı duraraq onu özünə tabe etdirmək cəhdləri ortalıqdadır. Bu kifayət deyil. Eyni zamanda qərbin
Bundan da biri Facebook vasitəsi ilə, sosial şəbəkələr vasitəsi ilə Azərbaycanda siyasi sabitliyi pozmağa xidmət edən çağırışların edilməsidir.

də Azərbaycanda öz maraqları var. Əlbəttə bu maraqlar İran, Rusiya, Ermənistandan fərqli maraqlardır. Bu maraqlar da toqquşur. Ən müxtəlif ideyalar, çağırışlar altında Azərbaycanda dövlətçilik üçün ciddi problemlər yarada biləcək situasiyaların yaradılması üçün addımlar atılır. Bundan da biri Facebook vasitəsi ilə, sosial şəbəkələr vasitəsi ilə Azərbaycanda siyasi sabitliyi pozmağa xidmət edən çağırışların edilməsidir. Bütün bunların törədə biləcəyi kataklizmləri nəzərə alaraq, bu fikrin arxasında dayanıram ki, bu çağırışların qarşısını almaq son dərəcə vacibdir.

Azərbaycanda söz, mətbuat, ifadə azadlığı adı altında Azərbaycan dövlətçiliyinin qazanmış olduğu nailiyyətlərə təhlükə törədə biləcək çağırışların və addımların qarşısı birmənalı alınmalıdır. Kimin necə düşünməsindən, necə qarşılamasından asılı olmayaraq mən bu fikridəyəm. Ola bilsin ki, bu fikirləri eşidən sosial şəbəkələrin ağzı qara gədələri, uşaqları mənim ünvanıma həmişə olduğu kimi ən müxtəlif ifadələr işlədəcəklər. Yeri gəlmişkən bunun da qarşısı alınmalıdır.

Sənin yazını oxumadan, yuxarıda adını görən kimi ünvanına təhqirlər söyləyirlər. Bu nədir?

Necə sosial şəbəkədir, necə portaldır ki, orada istənilən fikri söyləyirsən, sənin ünvanına təhqirlər söylənilir? Sənin yazını oxumadan, yuxarıda adını görən kimi ünvanına təhqirlər söyləyirlər. Bu nədir? Bununla biz haraya gedirik? Ona görə, bunların qarşısı alınmalıdır. Hansı formada, hansı şəkildə bunun qarşısı alınmalıdır? Əlbəttə mütəxəssislər bacarıqlarını, peşəkarlıqlarını ortaya qoyub, belə bir təhlükənin qarşısını almağa çalışmalıdır.

Facebook, sosial şəbəkələr vasitəsi ilə ərəb əmmamələri geyinməyə çalışırlar.

Sosial şəbəkə vasitəsi ilə Misirdə inqilab oldu. Misir nə qazanıb? İndiyədək qan axır. Azərbaycan da Misirin tayımı olsun? Facebook, sosial şəbəkələr vasitəsi ilə ərəb əmmamələri geyinməyə çalışırlar. O nə verdi ərəb dünyasına, nə verdi həmin ölkələrə, hansı yenilikləri gətirdi, hansı uğurları gətirdi? Əksinə, qərbin maraqlarını təmin etdi. Qərb həmin ölkələrin təbii sərvətlərini çox böyük məmnuniyyətlə daşıyıb aparmaqdadır.

Sual: Sizin təklifinizi Azərbaycan hökuməti dəstəkləyirmi? Bir də, bunu necə yerinə yetirmək mümkündür? Bunun bir mexanizmi olmalıdır?

Cavab: Mən bu təklifi verərkən hər hansı hökumətlə, müxalifətlə, siyasətçi ilə məsləhətləşməmişəm, onların rəyini almamışam və buna da ehtiyac duymuram.

Aparmış olduğum araşdırmalar, müşahidələr məndə Azərbaycan dövlətçiliyi üçün çox böyük təhlükənin yaradılması qorxusunu yaradır.

Bir partiyanın sədri, siyasətçi, millət vəkili olaraq düşündüklərimi həmişə dilə gətirdiyim kimi, aparmış olduğum araşdırmalar, müşahidələr məndə Azərbaycan dövlətçiliyi üçün çox böyük təhlükənin yaradılması qorxusunu yaradır. Bu fərd olaraq təkcə Fəzail Ağamalının qorxusu deyil. Bu bütövlükdə müxalifətli, iqtidarlı Azərbaycan vətəndaşlarının, Azərbaycan xalqının təhlükəsidir və onun qorxusu kimi izah olunmalıdır. Çünki bu cür çağırışlar nəticə etibarı ilə, mən sizi inandırım ki, Azərbaycanın bu günə qədər qazanmış olduğu bütün nailiyyətlərin üstündən xətt çəkə bilər.

Sual: Sizin üçün, bu Azərbaycan dövlətçiliyi üçün təhlükədir, yoxsa Azərbaycan iqtidarı üçün təhlükədir? Yəni bunlar arasında böyük fərqlər var.

Cavab: Xeyr. Mən bunu irəli sürərkən heç də indiki iqtidara yaradıla biləcək
Bu Azərbaycan xalqının iradəsinə zorakılıqdan başqa bir şey deyildir.

təhlükəni nəzərə almamışam. Bu Azərbaycan dövləti üçün təhlükədir. Azərbaycanda iqtidarın dəyişilməsinin bir yolu var, seçkilər. Seçkilərdən kənar, Azərbaycan xalqının bütövlükdə seçki məntəqələrinə gedərək səs verməsi ilə seçilən iqtidardan başqa, digər yolla hakimiyyətə gələnin mən legitimliyini tanımıram və tanımaq da istəmirəm. Bu Azərbaycan xalqının iradəsinə zorakılıqdan başqa bir şey deyildir. Bir daha təkrar edirəm, mən mitinqlərin, nümayişlərin, söz azadlığının, ifadə azadlığının, fikir azadlığının tam tərəfdarlarından biriyəm. Lakin mən təhdid dolu, təhlükə dolu, xalqı qırğına aparan çağırışların tərəfdarı deyiləm.

Çox təəssüf edirəm ki, bu cür çağırışlar bir çox hallarda demokratiya, fikir azadlığı, ifadə azadlığı, söz azadlığı pərdəsi arxasında gizlənərək Azərbaycana təhlükə törədə bilər. Biz bu təhlükənin bütün parametrlərini görməkdəyik.

Sual: İndiyədək Facebook sosial şəbəkəsini yalnız İran məhdudlaşdırıb? Azərbaycan İranla bərabər olmalıdır?

Cavab: Mən demirəm, İranla bərabər olmalıdır. Mən deyim ki, Facebook və sosial
Müdafiə Nazirliyi də nəticə etibarı ilə bu cür əsgər ölümlərindən nəhayət nəticə çıxarmalıdır.

şəbəkələrin yaratdığı təhlükələri qərb, demokratiyanın beşiyi olan dövlətlər də müzakirə edir. Düşünürlər ki, necə edək ki, bu böyük bəlanın qarşısını ala bilək. Yəni burada insanların biri digəri ilə fikir mübadiləsi aparması normaldır, birinin digərinə məktub yazması normaldır. Lakin çağırışlar anormaldır. Bütün şəhidlərimizə, o cümlədən müxtəlif səbəblər ucbatından dünyasını dəyişən əsgər övladlarımıza allah qəni-qəni rəhmət etsin. Bu mənim ürəyimi ağrıdır. Bu cür hallara yol verilməli deyil. Müdafiə Nazirliyi də nəticə etibarı ilə bu cür əsgər ölümlərindən nəhayət nəticə çıxarmalıdır. Lakin, bundan Azərbaycan
Bu məkrli məqsədlər də Facebook vasitəsi ilə idarə olunur.

dövlətçiliyinə, əldə edilmiş uğurlarına, dəyərlərinə qarşı bir vasitə kimi istifadə etməyin arxasında çox məkrli məqsədlər dayanır. Bu məkrli məqsədlər də Facebook vasitəsi ilə idarə olunur.

Sual: Azərbaycan prezidenti birmənalı şəkildə bəyan edib ki, Azərbaycan internetə hər hansı məhdudiyyət qoymayacaq. Sizin fikriniz, Azərbaycan prezidentinin fikri ilə üst-üstə düşmür. Bunu necə qiymətləndirərdiniz?

Cavab: Düşünürəm ki, bu normal bir məsələdir. Cənab prezident də buna çox
Cənab prezident də buna çox normal yanaşa bilər. Çünki elə bu da plüralizmidir, fikir, söz azadlığıdır.

normal yanaşa bilər. Çünki elə bu da plüralizmidir, fikir, söz azadlığıdır. Mən də belə düşünürəm. İndi mənim düşüncəmə görə, ola bilsin ki, məni xeyli ittiham edənlər olacaq necə ki, hər zaman olur. Ancaq, mən də gördüklərimi, müşahidə etdiklərimi deyirəm. Deyirəm ki, mənim bu sözümdən belə nəticə çıxarmaq lazım deyil ki, sosial şəbəkələri qadağan etmək lazımdır, facebook-u, internet azadlığını ümumiyyətlə aradan qaldırmaq lazımdır. Yox, qətiyyən belə deyil. Mən bir daha təkrar edirəm, Facebook, sosial şəbəkələr vasitəsi ilə kataklizmlərə, əldə olunmuş uğurlara təhlükə törədə bilən çağırışlara son qoyulmalıdır. Hansı yolla, artıq bunun mexanizmini mən bilmirəm. Mən bu sahənin mütəxəssisi deyiləm.

Bax, təhlükə bundandır. Xaricdən idarə olunur, bu sosial şəbəkələr.

Bir neçə gün bundan qabaq NİDA gənclər təşkilatının üzvlərindən yandırıcı, partladıcı maddələr tapıldı və onlar KİV-də fikirlərini ifadə etdilər. Baxın, artıq başlayıb. Mən bunun əleyhinəyəm. Yaddan çıxarmayın, Facebook səhifələrində avantürist ifadələri irəli sürənlər Azərbaycandan kənarda olan, özünü azərbaycanlı hesab edən və ya azərbaycanlı olmayan insanlardır. Sosial şəbəkələrdə onlar anonim çıxışlar edirlər, facebook-da da ola bilsin ki, adlarını dəyişiblər. Bax, təhlükə bundandır. Xaricdən idarə olunur, bu sosial şəbəkələr. O facebook-lar xaricdən ayrı-ayrı mərkəzlərdən idarə olunur və bu da araşdırılmalıdır, tapılmalıdır, ifşa olunmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG