Accessibility links

Bu gün Əfqanıstanın Helmənd vilayətində pilotsuz təyyarənin həyata keçirdiyi hücum zamanı Əfqanıstanın nüfuzlu yaraqlılarından olan Molla Əbdül Raufun öldürüldüyü bildirilib.

Helmənd polis idarəsi rəisinin bildirdiyinə görə, Molla Əbdül Rauf maşında gedərkən hədəf alınıb. Məlumatda pilotsuz təyyarənin avtomobili nişan alarkən, orada bir neçə nəfər də olub.

Sabiq Quantanamo məhbusu olan Molla Əbdül Raufun Taliban qrupundan İslam Dövlətinə keçdiyindən şübhələnilirdi.

XS
SM
MD
LG