Accessibility links

Əfqanıstanın şimal bölgəsindəki məktəbdə qazdan zəhərlənən 74 məktəbli qız xəstəxanaya aparılıb. Rəsmilər bunun kütləvi zəhərlənmə halı olduğunu deyirlər.

Bəzən sonradan yanlış olduğu müəyyən edilsə də, məktəblərdə çox sayda kütləvi zəhərlənmə halları Əqanıstanda qızların təhsil almasına qarşı çıxan ultra-mühafizəkarlar tərəfindən həyata keçirilib.

Xəstəxana həkimləri zəhərlənən şagirdlərdən çoxunun müalicə olunub bazar günü evə göndərildiyini, bir neçəsinin isə vəziyyətinin hələ də ağır olduğunu deyirlər.
XS
SM
MD
LG