Accessibility links

FHN 77 nəfərin təxliyyə edildiyini bildirir


Bakıda intensiv yağışlar səbəbindən köməksiz vəziyyətdə qalan 77 nəfər təhlükəsiz ərazilərə təxliyyə edilib

Bakıda intensiv yağışlar səbəbindən köməksiz vəziyyətdə qalan 77 nəfər təhlükəsiz ərazilərə təxliyyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakıda yağışların törətdiyi fəsadlarla bağlı oktyabrın 18-də yaydığı məlumatda deyilir.

FHN 77 nəfərin təxliyə edildiyini deyir
FHN 77 nəfərin təxliyə edildiyini deyir

Nazirliyin mətbuat xidməti xəbər verir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Bakıda bəzi ərazilərdə fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub. Nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

FHN fəsadların aradan qaldırılması məqsədi ilə baş verənlərə müdaxilə etdiyini bildirir. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikasının paytaxtın rayonlarına cəlb olunduğu bildirilir.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə su çəkmə işlərinin davam etdirildiyi deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG