Accessibility links

Filadelfiyada uçan binanın dağıntları altında axtarışlar davam edir


Hadisə zamanı sağ qalanların sayı 14-ə yüksəlib

Pensilvaniya ştatının Filadelfiya şəhərində sökülməsi nəzərdə tutulan dördmərtəbəli binanın uçması nəticəsində altı nəfər həlak olub. Xilasedicilər itkin düşənlərin axtarışını davam etdirir.

Dünən qəzanın baş verməsindən 10 saat sonra bir qadın dağıntılar altından xilas edilib və bununla da hadisə zamanı sağ qalanların sayı 14-ə yüksəlib.


Rəsmilər bildirib ki, onlar dağıntılar altında başqa insanların olmasındna əmin deyil. Onlar binanın sökülməsini həyata keçirən şirkətin icazə sənədlərinin qaydasında olduğunu bildiriblər.


Binanın uçma səbəbləri araşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG