Accessibility links

Cənab Kastro son dəfə ictimayyət qarşısına Roma Papasının mart ayında ölkəyə səfəri zamanı çıxıb

Kubanın sabiq lideri Fidel Kastro dövlət mətbuatında dərc etdiyi məqalədə ölüm yatağında olduğuna dair iddiaları təkzib edib. Bu gün səhər internetdə cubadebate.cu veb səhifəsində dərc edilmiş məqalədə 86 yaşlı Fidel Kastronun foto-şəkilləri də nümayiş etdirilib. Foto-şəkillərdə sabiq prezidentin cümə günü qəzet oxuması əks etdirilib.

Bazar günü Venezuelanın sabiq vitse-prezidenti Elias Haua yaşlı inqilabçı ilə beş saatlıq görüş keçirdiyini deyib. O deyib ki, şənbə günü baş tutmuş görüşdən sonra cənab Kastro şəxsən onu Havanada qaldığı Nacional mehmanxanasına ötürüb. Haua sabiq Kuba lideri ilə keçirdiyi görüş zamanı çəkilmiş foto-şəkilləri müxbirlərə nümayiş etdirib.

Cənab Kastro son dəfə ictimayyət qarşısına mart ayında, Roma Papası Benediktin səfəri zamanı çıxıb. Ötən həftə cənab Kastronun ciddi xəstə olduğuna dair şaiələr yayııçağa başlayıb.
XS
SM
MD
LG