Accessibility links

Fidel Kastro ilə bağlı tarixi hadisələr [Xronologiya]


Kuba prezident Fidel Kastronun prezidentliyi dövründə baş vermiş tarixi hadisələr:

1 yanvar, 1959: Kastronun üsyançıları hakimiyyəti ələ keçirərək diktator Fulgensio Batistanı Kubadan qaçmağa məcbur edir.

İyun 1960: Kuba ABŞ-ın sahib olduğu neft emalı zavodlarını milliləşdirir. Buna səbəb həmin zavodların Soviet neftini emal etmək istəməməsi idi. Oktyabr ayınadək demək olar ki, bütün ABŞ biznesləri Kubanı tərk etməli olur.

Oktyabr 1960: Vaşinqton Kubaya ixracata qadağa qoyur. Burada ərzaq və tibbi ləvazimatlar istisna təşkil edir.

16 aprel 1961: Kastro Kubanı sosialist ölkəsi elan edir.

17 aprel 1961: Donuzlar Körfəzi: Mərkəzi Kəşfiyyat Agentliyinin dəstəklədiyi kubalı mühacirlər Kubaya uğursuz hücum həyata keçirir.

7 fevral 1962: Vaşinqton Kuba mallarının idxalına tam qadağa tətbiq edir.

Oktyabr 1962: ABŞ blokadası Sovet İttifaqının nüvə silahlarının Kubadan götürülməsinə məcbur edir. Prezident Con Kennedi ictimai şəkildə olmasa da, Kubaya müdaxilə etməməyə razılaşır.

Mart 1968: Kastro hökuməti bütün bizneslərə nəzarəti öz əlinə alır.

Aprel 1980: Mariel qaçışı. Kuba bildirir ki, kim istəsə ölkədən gedə bilər. 125 mindən çox kubalı bu fürsətdən yararlanır.

Dekabr 1991: Sovet İttifaqının dağılması Kuba iqtisadiyyatını məhv edir.

Avqust 1994: Kastro bəyan edir ki, o, kubalıların ölkəni tərk etməsinin qarşısını almayacaq; 40 mindən çox kubalı Birləşmiş Ştatlara üz tutur.

18 Mart 2003: 75 kubalı dissident həbs edilir.

31 iyul 2006: Kastro əməliyyat olunduğunu və ölkəni müvəqqəti olaraq qardaşı Raulun idarə edəcəyini bəyan edir.

19 fevral 2008: Kastro prezidentlikdən istefa verir.

İyul 2010: İllərdə davam edən müalicədən sonra Kastro ilk dəfə ictimaiyyət önünə çıxır, elmi institutu ziyarət edir, televiziya müsahibəsi verir və hətta delfinlərin şousuna qatılır.

19 aprel 2011: Kastronun sonuncu rəsmi vəzifə olan Kommunist Partiyasının birinci katibliyində də qardaşı Raul əvəz edir. Yaşlı Kastro Konqresə qatılaraq qardaşının onu əvəz edəcəyinə ümid etdiyini bildirir.

19 aprel 2016: Kastro Kommunist Partiyasının 7-ci qurultayında nitq söyləyərək deyir ki, tezliklə o da başqaları kimi olacaq: "Hamımızın vaxtı gəlib çatacaq, ancaq Kuba Kommunistlərinin ideyaları daim yaşayacaq".

25 noyabr 2016: Fidel Kastro vəfat edir.

XS
SM
MD
LG