Accessibility links

FIFA-nın korrupsiya qalmaqalı ABŞ-ın qurumun onlarla rəsmisinə qarşı pulların mənimsənilməsi ittihamlarından sonra daha da dərinləşib. Təşkilatın 16 üzvü təbii fəlakətlər və yerli futbol proqramları, habelə gəlirli media hüquqlarına ayrılan vəsaitin mənimsənilməsində günahlandırılıb.

İttihamlar futbol təşkilatının Cənubi və Mərkəzi Amerikadakı yüksək səviyyəli rəsmilərinə qarşı irəli sürülüb. ABŞ-ın baş prokuroru Loretta Linç qalmaqala külli miqdarda pul vəsaitinin cəlb edildiyini bildirib.

Amerikanın ittihamları FİFA-nın iki vitse-prezidentinin həbsindən bir neçə saat sonraya təsadüf edib.

Qurumun direktorlar şurasının 11 sabiq və hazırkı üzvü istintaqa cəlb edilib. FİFA-nın müvəqqəti prezidenti İssa Hayatu tam əməkdalıq vəd edib.

Hayatu həbslərin FİFA-da islahatları labüd etdiyini deyib.

FİFA-nın işindən uzaqlaşdırılan sabiq prezidenti Sepp Blatter Avropanın Furbol Təşkilatının rəhbəri Mişel Platiniyə 2 milyon dollar verdiyi üçün istintaq altındadır.

XS
SM
MD
LG