Accessibility links

FIFA "Qızıl top"un sahibini açıqladı


FIFA tərəfindən mövsümün ən yaxşı futbolçusuna verilən "Qızıl top" (FIFA Ballon d`Or) mükafatının sahibi müəyyənləşib. Qalibin adı İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə elan edilib.

FIFA-nın yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər arasında keçirdiyi sorğunun qalibi "Barselona"lı Lioel Messi olub. Argentinalı futbolçu 5-ci dəfə mükafata sahib çıxıb. O, 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olmuşdu.

Messi sorğuda Kriştiano Ronaldo (Portuqaliya, Real) və Neymarı (Braziliya, Barselona) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olunmuşdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG