Accessibility links

Amerikanın başlatdığı korrupsiya təhqiqatının bir hissəsi kimi İsveçrənin Sürix şəhərində həbs edilən 7 FIFA rəsmisindən biri Birləşmiş Ştatlara ekstradisiya olunmasına razılıq verib.

Əvvəlcə ekstradisiyaya qarşı çıxan rəsmi bu gün köçürülməyə razılıq verib. İsveçrə rəsmiləri deyir ki, onlar həmin şəxsi nə zaman ABŞ-a veriləcəyinin detalları barədə açıqlama verməyəcək.

İsveçrə qanunlarına əsasən o, 10 gün ərzində Amerika polisi tərəfindən götürülərək Birləşmiş Ştatlara gətirilməlidir.

Mayın 27-si Sürixdə həbs edilən rəsmi ABŞ hüquq-mühafizə orqanları tərəfindən Şimali və Cənubi Amerikada futbol çempionatlarının təşkili üçün 150 milyondan çox rüşvət almaqda ittiham olunur.

XS
SM
MD
LG