Accessibility links

FIFA-ya yeni prezident seçilib [Video]


Dünyada futbola nəzarət edən FİFA-ya yeni prezident seçilib. Qurumun sabiq lideri Sepp Blatter ötən il korrupsiya itithamları ilə vəzifəsindən istefa verməyə məcbur edilmişdi. Yeni prezident Gianni İnfantinonu isə qarşıdan qurumun imicini təmizləmək kimi böyük öhdəlik gözləyir.

Mən hər biriniz ilə birlikdə çalışaraq, FİFA-da yeni dövr yaratmaq istəyirəm. Bu yeni dövrdə diqqət mərkəzində yenidən futbol olacaq.

Gianni İnfantino səsvermənin ikinci raundunda səslərin əksəriyyətini toplayaraq qalib gəlib. O, 209 ölkənin nümayəndələrinin 115-nin səsini qazanıb.

“Mən hər biriniz ilə birlikdə çalışaraq, FİFA-da yeni dövr yaratmaq istəyirəm. Bu yeni dövrdə diqqət mərkəzində yenidən futbol olacaq.”

İnfantino ən yaxın rəqibi bəhreynli Şeyx Salman əl-Xəlifədən 27 səs artıq əldə edib.

İsveçrəli-italiyalı hüquqşunas daha öncə futbolun Avropalı idarə qurumu UEFA-nın baş katibi olub.

Onun UEFA-dakı keçmiş rəhbəri Mişel Platininin adı da FİFA-nın sabiq prezidenti Sepp Blatterin istefasına səbəb olan 2 milyon dollarlıq korrupsiya qalmaqalında hallanıb. Həm Platini, həm də Blatter altı il müddətinə futboldan uzaqlaşdırılıb.

FIFA-nın keçmiş prezidenti Sepp Blatter

FIFA-nın keçmiş prezidenti Sepp Blatter

Bu hadisə İnfantino üçün FİFA prezidentliyinə yol açıb. İdman üzrə tarixçi Filip Barker İnfantinonun daha kiçik ölkələrə yardım etmək istədiyini deyir.

“O, Dünya Kubokunda iştirak edən komandaların sayını 40-a artırmaq istəyir. Beləcə də, dünyanın ən böyük futbol yarışmasına daha çox ölkə cəlb olunacaq.”

Səsvermədən bir neçə saat öncə FİFA imicini düzəltmək üçün bir sıra islahatlara dair dəyişikliklər qəbul edib. İndi artıq adı ləkələnən İcra Komitəsi səsvermə yolu ilə seçilən şura ilə əvəzlənəcək eləcə də qadınlararası futbola təkan vermək üçün şuraya daha çox qadın üzv seçiləcək.

Bundan əlavə yuxarı vəzifəli idarəçilərin maaşları açıqlanacaq.

2 il rüşvətxor əməllər üçün yetərli müddətdir. Maaşın açıqlanması məsələsi də bir az qəlizdir. Əgər bununla yanaşı onların xərcləri də açıqlansa idi, bu, daha şəffaf olardı.

Prezidentlik müddəti isə maksimum 12 illə məhdudlaşdırılacaq. Barker deyir ki, çoxları bu islahatları yetərli hesab etmir.

“12 il rüşvətxor əməllər üçün yetərli müddətdir. Maaşın açıqlanması məsələsi də bir az qəlizdir. Əgər bununla yanaşı onların xərcləri də açıqlansa idi, bu, daha şəffaf olardı.”

Amerikalı və isveçrəli prokurorlar hələ də istintaqı davam etdirdiyi üçün FİFA-da baş verən cinayət əməlləri tam məlum deyil.

Gianni İnfentinonun isə qarşısında artıq adı rüşvət ilə hallanan qurumun imicini düzəltmək kimi bir öhdəliyi var.

XS
SM
MD
LG