Accessibility links

Meşə fillərinin nəsli kəsilə bilər


Təbiətin mühafizəsi qrupunun bildirdiyinə görə, brakonyerlik ucbatından Afrikanın meşə fillərinin nəsli növbəti on il ərzində kəsilə bilər.

Qrupun hesabatında ötən on il ərzində bu cins fillərin 62 faizinin məhv olduğu deyilir.

Meşə filləri məşhur Savana fillərindən fərqlənir. Onların ölçüsü nisbətən kiçik, xortumu uzun, dişləri isə möhkəm olur.

Hesabatda deyilir ki, bu cins fillərin üçüncü ən geniş məskunlaşdığı yer brakonyerlik ucbatından indi hədsiz dərəcədə təhlükəli yerə çevrilib.

Fil dişinə təlabatın artması brakonyerliyin artmasına səbəb olub.

Asiya iqtisadiyyatının inkişafı və fil dişinə təlabatın artması ötən 20 il ərzində fillərin məhv edilməsi prosesini ən dəhşətli səviyyəyə çatdırıb.

Born Free Fonduna istinadən təkcə keçən il Afrikada 32 min fil öldürülüb. Fond qara bazarda fil dişlərinin yarım kiloqramının təxminən 1300 dollara satıldığını bildirib.
XS
SM
MD
LG