Accessibility links

Yeni İl bayramı günü Fil Dişi Sahilində çox sayda insan ölüb


Fil Dişi Sahili rəsmilərinin sözlərinə görə, Abicanda təxminən 60 nəfər Yeni İl bayramı günü izdihamlı basırıqda həlak olub. Xilas komandaları dünən Plateau rayonundakı stadion yaxınlığında baş verən hadisə nəticəsində təxminən 50 nəfərin xəsarət aldığını deyib.

Fil Dişi Sahilindən müxbir Amerikanın Səsinə deyib ki, əks istiqamətdə hərəkət edən iki insan kütləsi ensiz küçədə biri-biri ilə toqquşub.

Ölənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir. Prezident Alassan Ouattara bir neçə saat sonra hadisədə zədələnmiş bir neçə insanı xəstəxanada ziyarət edib.
O, insidenti milli faciə adlandırıb və təhqiqatın aparıldığını deyib.

Atəşfəşanlıq 2011-ci ilin əvvəli cənab Ouattara uzun müddət hakimiyyətdə olan Laurent Qbaqbonu prezident seçkilərində məğlub etdikdən sonra Fil Dişi Sahilinin siyasi zorakılıqdan qurtulduğunu qeyd etmək üçün keçirilib.
Burada vətəndaş müharibəsi zamanı təxminən 3000 insan həlak olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG