Accessibility links

Fil Dişi Sahilində Fransa vətəndaşları evakuasiya məqsədi ilə bir yerə toplaşırlar


Fil Dişi Sahilində Fransa vətəndaşları evakuasiya məqsədi ilə bir yerə toplaşırlar

Fil Dişi Sahilində Fransa vətəndaşları evakuasiya məqsədi ilə bir yerə toplaşırlar

Fransa Müdafiə Naziri genışhəcmli evakuasiyanı nəzərdən keçirildiyini, lakin buna dair heç bir qərar qəbul edilmədiyini bildirmişdi

Fransa Fil Dişi Sahilinin əsas şəhəri Abidjanda rəqib prezidentlərin qüvvələri arasında ağır döyüşlərin başlanacağını ehtimal edərək öz vətəndaşlarını bir yerə toplamağa başlayıb.

Fransa Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, vətəndaşlar şəhər ətrafında mühafizə olunan üç yerə toplanıb. Bu ərazilərə Port Bouet-da Fransa hərbi düşərgəsi, cənubda Wafou mehmanxanası və şimalda Fransa səfirliyi daxildir.

Abidjanda təxminən 12000 fransa vətəndaşı var. Fransa Müdafiə Naziri Gerard Lonquet dünən genışhəcmli evakuasiyanı nəzərdən keçirildiyini, lakin buna dair heç bir qərar qəbul edilmədiyini bildirmişdi.

XS
SM
MD
LG