Accessibility links

Fil Dişi Sahilində prezidentlik uğrunda mübarizə böhran yaradıb


Müxalifət lideri Alassane Ouattaranın tərəfdarları etiraz edir
Müxalifət lideri Alassane Ouattaranın tərəfdarları etiraz edir

Cənubi Afrikanın sabiq prezidenti Thabo Mbeki Fil Dişi Sahilində cərəyan edən siyasi böhranı aradan qaldırmaq üçün həmin ölkəyə gəlib. Cənab Mbeki prezident Lorent Qbaqbo və onun rəqibi Alassantre Ouattara ilə ayrı-ayrılıqda görüşlər keçirib. Dünən ötən həftə keçirilmiş prezident seçkilərinin ardınca iki rəqib namizəd qalib gəldiklərini deyərək özlərini prezident elan ediblər. Prezident Lorent Qbaqbonun 51 faiz səslə yeni dönəmə seçildiyini Fil Dişi Sahilinin Konstitutsiya Şurası təsdiq edib. Lakin ölkənin seçki komissiyası bundan bir az öncə qələbənin müxalifət lideri Alassane Ouattaraya məxsus olduğunu bildirmişdi. Fransa, ABŞ, Avropa İttifaqı və Afrika Birliyi BMT-yə qoşularaq cənab Outtaranı prezident qismində tanıyıblar və cənab Qbaqbonu müxalifət namizədinin qələbəsini tanımağa çağırıblar. Siyasi böhran Fil Dişi Sahilində iştişaşlar və zorakılıqlar qorxusunu artırıb. Amerikanın Səsinin paytaxt Abicandakı müxbiri Skott Störns BMT agentliklərinin xarici əməkdaşları ölkədən evakuasiya etməyi planlaşdırdıqlarını xəbər verir.

XS
SM
MD
LG