Accessibility links

Fil Dişi Sahilinin prezidentinə hakimiyyəti tərk etmək təklif edilir


Fil Dişi Sahilinin prezidentinə hakimiyyəti tərk etmək təklif edilir
Fil Dişi Sahilinin prezidentinə hakimiyyəti tərk etmək təklif edilir

Afrika liderlərindən ibarət qrup prezident Lorent Qbaqonu hakimiyyətdən getməyə inandırmaq üçün Fil Dişi Sahilinə yola düşüblər. Keniyanın baş naziri Raila Odinqa bazar ertəsi Abicana gəlib. Burada ona Benin, Keyp Verd və Sierra Leonenin prezidentləri qoşulacaqlar.

Afrika Birliyinin rəsmiləri və Qərbi Afrika bloku olan ECOWAS deyirlər ki, onlar Qbaqonun dinc şəraitdə hakimiyyəti tərk etdiyi təqdirdə onun təhlükəsizliyinə təminat verəcəklər. ECOWAS təşkilatı hakimiyyəti rəqibi Alassane Outtaraya təhvil vermədiyi təqdirdə cənab Qbaqonu zorla hakimiyyətdən devirməklə hədələyib.

XS
SM
MD
LG