Accessibility links

Fil Dişi Sahillində üsyançılar paytaxta doğru irəliləməkdə davam ediblər


Fil Dişi Sahillində üsyançılar paytaxta doğru irəliləməkdə davam ediblər
Fil Dişi Sahillində üsyançılar paytaxta doğru irəliləməkdə davam ediblər

Associated Press cənab Ouattaranın sözcüsünə istinadən döyüşçülərin mərkəzi Boafl və Sinfra şəhərlərinə nəzarəti ələ keçirdiyini bildirib

Fil Dişi Sahillində beynəlxalq səviyyədə prezident kimi tanınan liderə sadiq üsyançılar paytaxta doğru irəliləməkdə davam ediblər.

Şahidlər Alassane Ouattaraya sadiq döyüşçülərin bir gün əvvəl bir neçə şəhəri ələ keçirdikdən sonra bu gün azı iki yeni şəhərə daxil olmağa nail olduqlarını bildiriblər.

Associated Press cənab Ouattaranın sözcüsünə istinadən döyüşçülərin mərkəzi Boafl və Sinfra şəhərlərinə nəzarəti ələ keçirdiyini bildirib.

Şahidlər eyni zamanda rəsmi paytaxt Yamoussokrodan 40 kilometr kənarda Tiebissoda atəş səslərinin eşidildiyi barədə məlumat veriblər. Hakimiyyətdə olan prezident Laurent Qbaqbonun sözçüsü Don Mellon atəşkəsin bərqərar olmasına və danışıqların başlamasına çağırıb.

XS
SM
MD
LG