Accessibility links

Filadelfiyada robotu "öldürdülər"


HitchBOT ABŞ-a səfərindən öncə hitchhiking vasitəsilə bütün Kanadanı, Hollandiyanı və Almaniyanın bir hissəsini gəzib

HitchBOT ABŞ-a səfərindən öncə hitchhiking vasitəsilə bütün Kanadanı, Hollandiyanı və Almaniyanın bir hissəsini gəzib

HitchBOT ABŞ-a səfərindən öncə hitchhiking vasitəsilə bütün Kanadanı, Hollandiyanı və Almaniyanın bir hissəsini gəzib

Kanada istehsalı olan danışan və hitchhike edən (hitchhike - tanımadığı avtomobilləri saxlayaraq eyni istiqamətə getdiyi üçün onu da özü ilə götürməsini xahiş edən adam) robot ABŞ-da vandalların əlinə düşərək qəddarcasına məhv edilib.

Robotun yaradıcıları Frauke Zeller və Deyvid Smit bildirib ki, ABŞ-ın şimal-şərqindəki "Qardaş məhəbbəti şəhəri" kimi tanınan Filadelfiya küçələrində təmiri mümkün olmayacaq vandalizmlə üzləşəndən sonra onlardan robotun yenidən canlandırılması üçün kömək istənilməsindən şoka düşüblər.

Robot insanlarla robot arasında interaktiv təmas təcrübəsi kimi ABŞ-a səfərindən öncə hitchhiking vasitəsilə bütün Kanadanı, Hollandiyanı və Almaniyanın bir hissəsini gəzib.

HitchBOT ABŞ-da 4800 kilometrlik səfərinə Bostondan başlasa da, cəmi 480 kilometr getdikdən sonra Filadelfiyada vandallar onu vəhşicəsinə dağıdaraq, parçalarını küçəyə atıblar.

İnsanların mərhəmətinə güvənən HitchBOT şəhərlərdən şəhərlərə səfər edir bə içərisindəki kompyuterdə proqramlaşdırılmış sistemlə insanların suallarına kiçik cavablar verirdi. Yorulanda isə HitchBOT, onu ğz avtomobili ilə növbəti dayancağına aparan "insan dostuna" istirahətə və batereyasını doldurmaq üçün maşının telefon çıxışına qoşulmağa ehtiyacı olduğunu deyirdi.

1000 dollar dəyərində olan robot ev əşyəları və metal məmulatlarından hazırlanıb.

"Əzizlərim, bədən xəsarəti almışam" - deyə robot öz veb səhifəsində yazıb. "Yəqin bəzən yaxşı robotların başına pis hadisələr də gəlir. İndilik səfərimi dayandırmalıyam, amma mənim insanlara olan sevgim heç zaman ölməyəcək. Bütün dostlarıma təşəkkürümü bildirirəm" yazan robot fikirlərini bu ironik mesajla tamamlayıb.

XS
SM
MD
LG