Accessibility links

Filadefiyada İŞİD-in adı altında polisə hücum olub


İŞİD terror qruplaşmasının adı altında hücum həyata keçirdiyini iddia edən bir silahlı şəxs ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində polis zabitini güllələyib. Polis zabini xidməti avtomobilinə əyləşən zaman silahlı şəxs ona bir neçə dəfə atəş açıb.

Rəsmilər deyir ki, qolundan 3 güllə yarası alan polis zabiti silahını çıxararaq cavab atəşi aça bilib və yaralanan 30 yaşlı silahlı qaçsa da, qısa müddət sonra ələ keçirilib.

33 yaşlı polis zabiti Cesse Hartnett isə xəstəxanaya çatdırılıb. Polisin verdiyi məlumata görə, üzərində bir neçə əməliyyat keçirilən zabitin vəziyyət sabir-ağır olaraq qalır.

Şübhəli şəxsin vəziyyəti barədə isə məlumat verilməyib. Onun omba nahiyəsindən güllə yarası aldığı ehtimal olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG