Accessibility links

Filadelfiyada azərbaycanlıların Novruz bayramı [Video]


Filadelfiyada Novruz bayramı
please wait

No media source currently available

0:00 0:03:17 0:00

Martın 22-i Pensilvaniya ştatının Filadelfiya şəhərində yaşayan azərbaycanlılar Novruz Bayramı münasibəti ilə tədbir keçirib.

Tədbirdə azərbaycanlılarla yanaşı, yerli sakinlər də iştirak edib.

Tədbirin təşkilatçısı Rövşən Səfərov Novruz ənənələrindən söhbət açaraq, bayramın tarixi barədə yerli sakinlərə ətraflı məlumat verib. O, milli bayramların vətəndən kənarda keçirilməsinin, ABŞ-da anadan olan azərbaycanlılar üçün böyük təsir bağışlayacağını, onların bu ənənələri davam etdirməsində böyük rol onayacağını vurğulayıb.

İştirakçılardan amerikalı musiqiçi Con Liçeti Azərbaycan musiqisinə heyranlığını bildirərək, Azərbaycan dilində ifalar səsləndirib. O, Amerikanın Səsinə müsahibəsində Azərbaycan musiqisi ilə tanışlığından və araşdırmalarından danışıb.

Daha sonra tədbir icma nümayəndələrinin müsiqi ifaları, yumurta döyüşü kimi bayram ənənələri, rəqslər, milli şiriniyyat və yeməklərlə müşayət olunub.












Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG