Accessibility links

Böyük Teatrın baletmeysterinə qarşı hücumla əlaqədar nəzarət altına alınan şəxs günahını etiraf edib


Moskvada Böyük Teatrın mədəniyyət direktoru Sergey Filinə qarşı hücumla əlaqədar nəzarət altına alınan şəxs günahını etiraf edib. Filinə sulfat turşusu ilə hücum edən Pavel Dmitriçenko polis tərəfindən bu gün sorğu-suala çəkilib. O, Böyük Teatrda “İvan Qroznı” baletinin solistidir.
Filin yanvar ayının 17-də işdən qayıdarkən evi yaxınlığında hücuma məruz qalmışdı. O, üzü və gözlərinin yanması ilə ciddi xəsarət alıb. Bir neçə cərrəhiyyə əməliyyatı keçirən Filin hazırda Almaniyada müalicə edilir.
Rusiya mediası şübhəlinin teatrla heç bir əlaqəsi olmadığını bildirmişdi. Filin isə teatrda rəqs qrupları ilə işçilər arasında olan ixtilafa görə hədəf alındığını demişdi. O, hücumun arxasında kimin olduğunu belə bildiyini desə də, adını çəkməkdən imtina etmişdi.
XS
SM
MD
LG