Accessibility links

Prezident Əliyev Amerika Dövlət Departamentinin əlaqələndiricisi ilə görüşüb


Prezident Əliyev ABŞ Dövlət Departamentinin əlaqələndiricisi Filip Verveyeri qəbul edib
Prezident Əliyev ABŞ Dövlət Departamentinin əlaqələndiricisi Filip Verveyeri qəbul edib

Filip Verveyer BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunda iştirak edəcək

Prezident İlham Əliyev noyabrın 2-də ABŞ Dövlət Departamentinin Beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyeri qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Dövlət başçısı Azərbaycanla Amerika arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Cənab Əliyev BMT-nin Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini ölkədə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafına yaradılan şəraitin göstəricisi kimi dəyərləndirib.
Dövlət başçısı informasiya və kommunikasiya texnologiyaları sektorunun artıq Azərbaycanda prioritet sahələrdən birinə çevrildiyini deyib.

ABŞ Dövlət Departamentinin Beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer VII İnternet İdarəçilik Forumunun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq edib. O forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG