Accessibility links

Amerika dövlət katibinin köməkçisi Azərbaycana gələcək


ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisi Filipp Vervi

ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisi Filipp Vervi

Filipp Verfi Bakıda keçiriləcək İnternetin İdarə Edilməsi Forumuna qatılacaq

ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisi Filipp Vervi noyabrın əvvəllərində Azərbaycana gələcək.

Bu barədə APA agentliyinə ABŞın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib.

Filipp Verfi noyabrın 6-9-da Bakıda keçiriləcək İnternetin İdarə Edilməsi Forumuna qatılacaq ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

ABŞ dövlət katibinin köməkçisinin Azərbaycan rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.
XS
SM
MD
LG