Accessibility links

Tullantılar alternativ enerji mənbəyi kimi


Filippin məişət və sənaye tullantılarından enerji istehsal etmək üçün Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir

Artıq uzun müddətdir ki, ətraf mühit üçün ciddi narahatlıq doğuran dağ böyüklüyündə məişət tullantıları tezliklə Filippində dəyərli enerji mənbəyinə çevrilə bilər.

Asiya İnkişaf Bankı bildirib ki, “Procter and Gamble” şirkəti ilə birlikdə məişət və sənaye tullantılarından istifadə edərək, istehsal həcmi iki meqa-vata qədər olan “tullantıdan enerjiyə” adlı elektrik stansiyaları tikməyi nəzərdə tutublar.

Artıq 2016-cı ildə qurulacaq elektrik stansiyalarının mümkünlüyünü müəyyən etmək üçün bank texniki dəstək planına yardım üçün $385 min dollarlıq maliyyə vəsaiti ayırıb.

AİB bildirib ki, hər gün Manila metropolisində 6700 ton bərk tullantı yığılır. Bu tullantının yalnız onda biri kül halına salınıb və ya yenidən istifadə üçün ayrılıb. Digər hissəsi isə daşqınlara, zəhərli tullantıya, torpağın erroziyasına səbəb olan zibilliklərə gedir.
XS
SM
MD
LG