Accessibility links

Filippin prezidenti Dutertenin vətəni olan Davao şəhərində bazarda törədilən bomba hücumu nəticəsində 10 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

Partlayış motivi barədə hələlik dəqiq məlumat verilməyib. Prezident Duterte partlayış baş verən zaman həmin şəhərdə olub. Ancaq o, hələlik hadisə ilə bağlı heç bir bəyanat verməyib.

Bomba hücumunun yüksək səviyyəli Marko Polo Hotelinə də xəsarət yetirdiyi bildirilir. Maraqlıdır ki, prezident Duterte vaxtaşırı şəhəri ziyarət edərkən məhz bu hoteldə qalır.

Bomba hücumunun yüksək səviyyəli Marko Polo Hotelinə də xəsarət yetirdiyi bildirilir. Maraqlıdır ki, prezident Duterte vaxtaşırı şəhəri ziyarət edərkən məhz bu hoteldə qalır.

Duterte bir zamanda Davao şəhərinin meri olub. 22 illik merlikdən sonra o, iyun ayında prezident vəzifəsinə gəlib. Duterte Davao sakinlərinin sevimlisi hesab edilir.

Polis qarşıdakı saatlarda hücumla bağlı ətraflı məlumat verəcəyini bildirib.

XS
SM
MD
LG