Accessibility links

Filippində yardım səyləri gücləndirilib


Filippinin qasırğanın təsirinə məruz qalan və 80 faizi evsiz olan insanlar dağılmış kilsələrdə dua mərasimi təşkil edib.

Fəlakətin yaşandığı bölgələrə səfər edən ölkə prezidenti Beninio Aquino insanları səbirli olmağa çağırıb.

Bu arada, yardım səyləri gücləndirilib. Lakin bəzi ucqar bölgələr əlçatmaz olaraq qalır.

Minlərlə insanın ölümünə səbəb olan təbii fəlakət yüz minlərlə, bəlkə də milyonlarla insanı evsiz, ərzaqsız, susuz və işıqsız qoyub.

Amerikanın yardım vertolyotları ərzaq, su və tibbi ləvazımatları ucqar kəndlərə daşımağa başlaylıb.

Rəsmi götəricilərə görə, indiyədək ölənlərin sayı 3633 nəfər təşkil edir. BMT isə ölənlərin 4500 nəfərdən artıq olduğunu ehtimal edir.

İtkin düşənlər olduğu üçün ölənlərin sayının artacağından ehtiyat edilir.

Hökumət 1179 nəfərin itkin düşdüyünü, lakin Filippinin Qərmızı Xaç Cəmiyyəti 25000 nəfərin axtarışına dair müraciət aldığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG