Accessibility links

ABŞ dövlət katibi Con Kerri Filippinin tayfundan zərər çəkmiş regionuna səfər edib. Dövlət katibi regiona əlavə 25 milyon dollar dəyərində humanitar yardım çatdırılacağını vəd edib.

Qasırğadan ən ağır zərər vurduğu Takloban kəndinə səfər edən dövlət katibi ötən ay 6000 insanın həyatına son qoyan Haiyan tayfununun törətdiyi dağıntılardan dəhşətə gəldiyini bildirib.

ABŞ tarixin ən güclü tayfunlardan biri olan Haiyandan zərər çəkmiş Filippinə 86 milyon dollar dəyərində yardım göndərməyi nəzərdə tutub.

Prezident Beniqno Aquino tayfundan zərər çəkmiş regionda yenidənqurma işlərinə hökumətin 8.1 milyard dollar ayıracağını elan edib. O, inşaat işləri üçün yenidən beynəlxalq yardıma müraciət edib.
XS
SM
MD
LG