Accessibility links

Filippin paytaxtında daşqınlar bir həftədir davam edir


Daşqına məruz qalmış Filippin paytaxtı Manila şəhərində yenidən leysan yağışları qeydə alınıb. Rəsmilər daşqınlardan zərər çəkmiş iki milyondan çox insana yardım səylərini davam etdirir.

Sakinləri xilas etmək üçün əraziyə qayıqlar göndərilib. Bu gün evakuasiya edilən sakinlərin bəziləri gecə yağan leysan yağışlarından sonra evlərinə dönə bilib.

Manila şəhərinin Marikina rayonu kimi çaykənarı regionları daşqınlara daha çox məruz qalmış ərazilərdəndir. Rəsmilərin sözlərinə görə, şəhərin çaykənarı ərazilərində yaşayan iki milyon insan daşqınlardan ziyan çəkib. 300000-ə yaxın insan evakuasiya düşərgələrində sığınacaq tapıb.

Manilada bir həftədən çox yağan yağışlar nəticəsində yaranan daşqınlarda təxminən 20 nəfər həlak olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG