Accessibility links

Filippində tayfun nəticəsində azı 21 nəfər həyatını itirib [Fotoqalereya]


Sahilyanı və torpaq sürüşməsinə meyilli yerlərdən 1 milyon insan evakuasiya olunub

Filippin Qırmızı Xaç Cəmiyyəti ölkədə baş verən güclü qasırğa nəticəsində azı 21 nəfərin öldüyünü bildirib.

Bazar ertəsi Qırmızı Xaçın baş katibi Qvedolin Panq bildirib ki, azı 18 nəfər Haqupit qasırğasının Filippinin şərqi Samar adasında baş verdiyi zaman həlak olub.

Ən son 3 nəfər isə paytaxt Manilada ölüb.

Məktəblərdə dərslər dayandırılıb, səhm birjası bağlanıb, ofis və dövlət işçiləri evdə qalmaları üçün tənbeh edilib və onlarla kommersiya uçuşları təxirə salınıb.

“Hal-hazırda biz Rubi (Haqupit) qasırğasına məruz qalmış yerlərdə yardım əməliyyatları aparırıq. Daha sonra biz planımıza əməl edərək qasırğanın yolunu təqib edərək Masbatda fəaliyyətə başlayacağıq, daha sonra isə Mindoro, Cənubi Taqaloq və metro Manilada da fəaliyyətlərimizi başlamağa hazırlaşırıq”.

Şənbə günü başlayan qasırğa bazar ertəsi zəifləyib. Qasırğa nəticəsində binaların damları uçub, sahil vilayətərində işıqlar kəsilib və azı üç nəfər həyatını itirib.

Sinoptiklər bildiriblər ki, şimal-qərb istiqamətində 10 km/s sürətlə hərəkət edən Haqupit qasırğasının Filippinin mərkəz hissəsinə keçməsi üç gün vaxt ala bilər.

Rəsmilər bu qasırğanın ötən ilin Hayan qasırğası kimi dağıdıcı olmadığını bildirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG