Accessibility links

Filippin sularında 170 insanın axtarışı davam etdirilir


Filippin sularında sərnişin gəmisi ilə yük gəmisinin toqquşması səbəbi ilə itkin düşən 170 insanın axtarışı davam etdirilir. 31 adamın həlak olduğu, çoxsaylı adamın 30 mertlik dərinliyə qərq olan gəmidə ilişib qaldığı təxmin edilir.

Sahil keşikçilərinin sözçüsü Armand Balilonun bildirdiyinə görə, balıqçı gəmiləri və sahil küçikçiləri kiçik qayıqlarla 600 insanı xilas edib.

831 sərnişin və gəmi heyəti ilə St. Thomas Aquinas gəmisi 11 min tonluq Sulpicio Express 7 gəmisi ilə Kebu şəhəri yaxınlığında toqquşub.

7100 adadan ibarət Filippin arxipelaqında hər il yüzlərlə insan gəmi qəzalarının qurbanı olur.
XS
SM
MD
LG