Accessibility links

Filippinin qasırğanın təsirinə məruz qalan bəzi ucqar bölgələrinə yardım çatdırılır


Filippinin qasırğanın təsirinə məruz qalan bəzi ucqar bölgələrinə yardım çatdırıldığı halda digər bölgələr artıq 8 gündür əlçatmaz olaraq qalır.

Minlərlə insanın ölümünə səbəb olan təbii fəlakət yüz minlərlə, bəlkə də milyonlarla insanı evsiz, ərzaqsız, susuz və işıqsız qoyub.

Filippinin daxili işlər naziri Mar Roksasın bildirdiyinə görə, indi sürət ümdə məsələlərdəndir.

Eyni zamanda dünəndən etibarən Amerikanın yardım vertolyotları ərzaq, su və tibbi ləvazımatları ucqar kəndlərə daşımağa başlaylıb.

Rəsmi götəricilərə görə, indiyədək ölənlərin sayı 3633 nəfər təşkil edir. BMT isə ölənlərin 4500 nəfərdən artıq olduğunu ehtimal edir.

İtkin düşənlər olduğu üçün ölənlərin sayının artacağından ehtiyat edilir.

Hökumət 1179 nəfərin itkin düşdüyünü, lakin Filippinin Qərmızı Xaç Cəmiyyəti 25000 nəfərin axtarışına dair müraciət aldığını bildirir.
XS
SM
MD
LG