Accessibility links

Filippində tayfundan sonra təmizləmə işləri başlayıb


Filippin rəsmiləri deyir ki, dünən ölkəni təsirinə məruz qoyaraq 13 nəfərin ölümü nəticələnən Nari tayfunundan sonra kütləvi təmizləmə işlərinə başlanıb.

Rəsmilərin bu gün bildirdiyinə görə, hhərbçilər və mülki yardım işçiləri qırılmış ağacları təmizləməkdə və Luzonda 2 milyon insanın elektrik enerjisini bərpa etməkdə çətinlik çəkirlər.

Nari tayfunu cümə günündən şənbə gününə keçən gecə ölkənin şərq sahillərini təsirinə məruz qoyandan sonra bu gün Şərqi Çin Dənizinə doğru istiqamət alıb.

Tayfun Filippimə daxil olmamışdan əvvəl sahil kəndlərdən minlərlə insan daha təhlükəsizlik bölgələrə köçürülmüşdü.

Bununla yanaşlı dövlət meteorologiya bürosu ölkənin şərqində daha bir tayfun xəbərdarlığı verib. Xəbərdarlıqda deyilir ki, tropik Vifa qasırğası Filippin sahillərinə sabah çata bilər.
XS
SM
MD
LG